Ölkə 16:05 30.04.2023

Ermənilərin darmadağın etdiyi Kəlbəcərin Laçın kəndi (FOTOLAR)

Kəlbəcər rayonunun Laçın kəndi Almalıq kənd inzibati ərazi dairəsində, Laçın dağının ətəyində yerləşir.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.

Qaynarinfo AZƏRTAC-a istinadən işğal dövründə erməni vandalizminə məruz qalmış Laçın kəndinin görüntülərini təqdim edir.