Siyasət 15:00 24.06.2022

Ermənistan hərbi təlimlərə başlayır: Sərhəd xəttində təxribatlar ola bilər

Ermənistan 1500-ə yaxın ehtiyatda olan hərbçini təlimlərə cəlb edəcək. Bu barədə erməni mətbuatı məlumat yayıb. Təlimlər avqustun 1-dən oktyabrın 30-dək davam etməlidir. Təlimlərə həmçinin 130-da çox nəqliyyat vasitəsi cəlb olunacaq. Bildirilib ki, təlim döyüş növbətçiliyinin gücləndirilməsi məqsədi ilə keçiriləcək. Adətən, Ermənistan bu sayaq hərəkətləri fonunda məhz həmin qüvvələrdən də istifadə etməklə tez-tez sərhəd xəttində müəyyən təxribatlar da törədirlər. 

Məsələni Qaynarinfo-ya şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Ermənistanın bu sayaq təlimləri sıx-sıx həyta keçirilməsi ordusunda olan böyük sayda vakansiya çatışmamazlığını azaltmaq məqsədi daşıyır.
 
Ekspertə görə, İrəvan ehtiyatda olanları təlimlərə cəlb etməklə sonradan onların bir hissəsinin şirnikləndirici vədlərlə boşluqları doldurmaq üçün orduda saxlanılmasına nail olmaq istəyir:
 
"Ermənilərin ehtiyatdan çağırdığı 1500 nəfər təbii ki, Azərbaycanla Ermənistan ordusunun şəxsi heyəti arasında olan balansa təsir edəcək rəqəm deyil. Amma yenə də bu prosesi nəzarətdə saxlamalıyıq. Əslində, Ermənistanda səfərbərliklə bağlı proses planlı tədbirdir. Daha əvvəlcədən hər bir ordu üçün planlaşdırılır. İrəvan bu prosesi müharibədən sonrakı dövrdə daha intensiv şəkildə həyata keçirir. Onun da səbəbi var. Belə ki, müharibə zamanı Ermənistan ordusu kifayət qədər böyük itkilərə məruz qalıb. Bura fərariləri də əlavə etməliyik. Çünki Ermənistan qanunvericiliyinə görə, fərariləri təkrar orduya cəlb etmək mümkün deyil. Ona görə də daha əvvəl ordudan tərxis olunaları səfərbərlik adı ilə təlimlərə cəlb edir. Sonra da onlara yüksək maaş, sığorta, gələcək perspektiv, təhsil adı ilə şirnikləndirici təkliflər verirlər. Məğlub ölkənin vətəndaşlarının orduya getmək istəyi adətən az olur. Bunu Ermənistanın ardınca Rusiyanın nümunəsində də görürük. İrəvan da həmin səbəbdən vədlər qarşılığında gələnlərin heç olmasa bir hissəsinin orduda ləngidilməsinə nail ola bilir. Belə təlimlərin sıx-sıx həyta keçirilməsi də məhz Ermənistan ordusunda olan böyük sayda vakansiyaların sayını azaltmaq məqsədi daşıyır”. 

Rüfət Sultan