Dünya 13:46 14.02.2023

Ermənistana planlaşdırılan "Sarsılmaz Qardaşlıq" təlimlərinin yeri dəyişdi - KTMT

KTMT-nin birgə qərargahının rəhbəri Anatoli Sidorov çərşənbə axşamı bildirib ki, Ermənistanda keçirilməsi planlaşdırılan "Sarsılmaz qardaşlıq" təlimi Qırğızıstanda keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a məlumat yayıb.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin Müdafiə Nazirliyi KTMT sülhməramlı kontingentinin ölkədə "Sarsılmaz qardaşlıq-2023” təliminin keçirilməsinin məqsədəuyğun olmadığı barədə KTMT-ni məlumatlandırıb. KTMT-nin birgə qərargahı bu məlumatı əldə etdiklərini və KTMT-yə üzv olan digər dövlətlərin ərazisində təlimlərin keçirilməsi ilə bağlı təkliflər hazırladıqlarını təsdiqləyib.

"Yekun mərhələdə KTMT-nin "Sarsılmaz Qardaşlıq” sülhməramlı qüvvələri ilə birgə təlimlərin Qırğızıstan ərazisində keçirilməsi nəzərdə tutulur, bu təlimlər zamanı münaqişələrdən sonrakı vəziyyət, böhran zonasında nizamlanma və hərbi əməliyyatların aparılması tapşırıqları, sülhün və təhlükəsizliyin qorunması maraqları naminə KTMT-nin kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrindən istifadə etməklə sülhməramlı əməliyyat yerinə yetirilir”, - Sidorov mətbuat konfransında deyib.

O, həmçinin qeyd edib ki, Belarus ərazisində KTMT kollektiv qüvvələrinin müharibələrinin müxtəlif komponentlərinin hazırlığını birləşdirən birgə və xüsusi təlimlərin keçirilməsi planlaşdırılır. İndi Belarusda keçiriləcək KTMT təlimlərinə Rusiya-Belarus birgə qruplaşmasının cəlb edilməsi məsələsi müzakirə olunur.

Alpər