Dünya 22:24 26.01.2023

Ermənistanda XİN başçısının müavini vəzifəsinə yeni təyinat oldu

Vahan Kostanyan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın müavini təyin olunub.

"Report” xəbər verir ki, bu barədə "Sputnik Armeniya” məlumat yayıb.

Qeyd edək ki, 28 yaşlı V. Kostanyan daha öncə hakim "Vətəndaş müqaviləsi” partiyasının mətbuat katibi, daha sonra isə XİN başçısının müşaviri vəzifələrində çalışıb.