Siyasət 15:55 24.06.2022

Ermənistanın hərbi cinayətlərinin dünyaya çatdırılması: Çətinliklər, perspektivlər...

(Yazı "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusu üzrə hazırlanıb)

"İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun, biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik”.

Bu sözləri Prezidenti İlham Əliyev xalqa müraciət edərkən deyib. Prezident 44 günlük müharibə müddətində 30-dan yuxarı xarici ölkələrin kütləvi informasiya vasitələrinə müsahibə verib. Müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ən vacib amillərdən biri idi.

Vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında Azərbaycanın bu sahədə xeyli iş gördüyünü açıqlayıb:
 


"Həm Birinci, həm də ikinci Qarabağ müharibəsi, Xocalı soyqırımı, Gəncə və digər şəhərlərin bombalanması faktları, işğal dövründə tarixi və mədəni abidələrin başına gətirilən oyunlar, onların dağıdılması haqqında əlimizdə olan fakt və sübutları dünya ictimaiyyətinə çatdırmışıq. Hər kəs deyə bilər ki, bu məsələ ilə bağlı daha da çox iş görmək olar. Amma hər halda görünən odur ki, bu məsələ ilə bağlı işlər görülüb və görülməkdə davam edir. Biz sadəcə başa düşməliyik ki, beynəlxalq hüquq çox çevik bir şeydir, sərf edəndə bunu istifadə edirlər, sərf etməyəndə etmirlər. Bu gün Ukraynaya qarşı Rusiya işğalçılıq edir, artıq belə olan halda onu hərbi cinayətlərdə ittiham edirlər. Hətta Bayden Putini hərbi cinayətkar adlandırıb. Amma Ermənistan və onun rəhbərlərinə qarşı belə ittihamlar irəli sürməyə gəlincə, Qərb bu məsələdə tələsmir. Biz başa düşməliyik ki, belə işlərə baxan beynəlxalq məhkəmələr, digər Qərb dövlətləri həm dini, həm də etnik baxımından ermənilərə daha çox meyillidir. Bu bizim birinci çətinliyimizdir. Beynəlxalü hüquq deyəndə sərf etmək məsələsi var ki, bizim üçün o tarxi an gəlib çatmayıb. İkinci çətinlik isə əlimizdəki faktları sübit etməkdir. Gərək əks tərəfi darmadağın edəsən, necə ki 1945-ci ildə Almaniyanı darmadın etdilər və sübut etdilər. Amma indi bu bizim üçün çətinidr. Buna baxmayaraq, işi davam etdirməliyik ki, müvafiq tarixi an gəlib yetişəndə əlimizdə faktlar olsun”.

Hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, Ermənistan tərəfindən törədilən insanlıq əlehinə çinayətlər Azərbaycan mediasında geniş işıqlandırılsa da, biz bunu hələ də beynəlxalq hüququ müstəviyə çıxara bilməmişik:
 


"Vətən müharibəsindən əvvəlki müddətdə Azərbaycan informasiya  sahəsində Ermənistandan daha zəif təəssürat bağışlayırdı. Əfsuslar olsun ki, bu bir faktdır. Və müharibə və ondan sonrakı dövrdə Azərbaycan informasiya cəbhəsinin tamamilə yarıb Ermənistanı bu bu məsələdə arxa plana  keçirə bildi. Lakin Ermənistanın törətdiyi cinayətlərin - mina terrorundan tutmuş mülki əhaliyə dəyən ziyan, döyüş bölgələrindən kənarda yerləşən ərazidə yaşayan mülki əhaliyə endirilən raket zərbələri, işğal dövründə dağıdılan infrastrukur, şəhərlər, kəndlər, tarixi abidələr, talanan sərvətlər və saymaqla bitməyən digər cinayətlərə görə Azərbaycan tərəfi hələ  beynəlxalq məhkəmələrdə cinayət işini qaldırılması və dəyən ziyanın ödənilməsinə dair qərarlar əldə edə bilməyib. Hesab edirəm ki, bu istiqamətdə Azərbaycanın aidiyyatı qurumları fəaliyyətlərini bir az da sürətləndirmlidirlər. Təbii ki, həcm böyükdür, bu anlaşılandır, proses geniş sahələri əhatə edir. Lakin dövlət qurumlarının əlaqəli şəkildə fəaliyyəti Ermənistanı milyardalarla ölçüləcək bir rəqəm qarşısında aciz bir vəziyyətə gətirib çıxarda bilər. 100 milyardlarla  ödəniləcək konpensasiya Ermənistan dövlətini yaxın 50 ildə dizi üstə qalmasına da imkan yarada bilər”.

Hərbi ekspert Emin Həsənli İkinci Qarabağ müharibəsində həqiqətlərin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun xidmətlərinin böyük olduğunu deyib:
 


"Azərbaycan dövləti 44 günlük müharibəsində çox böyük qələbə əldə edib. Bu qələbəni bütün dünya dövlətləri qəbul edir. Dünyanın ən aparıcı ölkələri, hərbi akademiyaları, araşdırma mərkəzləri, Amerika, Böyük Britaniya, Almaniya bu müharibəni öyrənir və onu 21-ci əsrin müharibəsi adlandırırlar. Prezident İlham Əliyev başda olmaqla 44 günlük qələbə dünyaya göstərdi ki, Azərbaycan xalqı vətənpərvərdir, ordusu peşəkar və dövləti də güclüdür. Eyni zamanda bu müharibədən öyrəniləsi çox şey var.  Ermənilər Gəncə, Tərtər, Bərdəni bombalayıb, 100-ə kimi günahsız şəxsi həlak etməsinə baxmayaraq, Azərbaycan Ermənistan ərazisinə bir mərmi də atmayıb. Müharibə apardığı ərazidə bir uşağın, mülki əhalinin burnu qanamadı, Xankəndi, Laçın koridorundan Gorusa kimi maşın karvanı vardı, bununla bağlı sosial mediada videolar var. Bir dənə də olsun atıcı silahlardan istifadə etmədi, zərbə endirilmədi. Bu onu göstərir ki, Azərbaycan ordusu həm də humanistdir. Azərbaycan əhalisi mülki əhaliyə qarşı heç bir savaş aparmır, hədəfində ancaq hərbi obyektlərdir. Ermənisatan isə hər zaman insanlıq və sülh əlehinə fəaliyyət göstərib. Onların fəaliyyəti Cənub Qafqaza gəldikləri zamandan bu istiqamətdədir. İstər 1905-1907-1918-ci illərdə törətdikləri soyqırımlar, istər Bakıda, Şamaxıda, Azərbaycanın bir çox ərazilərində, Göyçədə, Qarabağda mülki əhaliyə, qocalara, qadınlara, uşaqlara qarşı törədilən cinayətlər saymaqla bitməz. Bu cinayətlərin dünyaya çatdırılmasında Azərbaycan dövlətinin böyük fəaliyyəti var. Biz bunu heç bir zaman unutmamalıyıq, gələcək nəsillər də bunu bilməlidir. Beynəlxalq aləmdə bu təbliğat günün tələblərinə uğun şəkildə aparılmalıdır”.     

Bahar Rüstəmli
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.