Dünya 09:35 30.06.2022

Əsəd rejimi separatçı rejimləri tanıdı, Zelenski Suriya ilə diplomatik əlaqələri kəsdi

Bəşər Əsəd rejimi Ukraynanın şərqində özünü müstəqil elan etmiş separatçı rejimləri - qondarma Donetsk və Luqansk respublikalarının müstəqilliyini tanıyıb.

Qaynarinfo bu barədə Suriyanın SANA agentliyinə xəbər verir.

Agentlik Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat verib ki, Rusiyayönümlü separatçı qurumlarla əməkdaşlıq gücləndiriləcək və diplomatik əlaqələrin qurulacaq.

Rəsmi Dəməşqin bu qərarına Ukraynanın cavabı gecikməyib. Prezident Volodimir Zelinski Suriya ilə diplomatik əlaqələrin kəsilməsi barədə göstəriş verib.

Bu barədə "Timesnownnews" saytı məlumat yayıb.

Zelenski öz "Telegram" kanalında yayımladığı videoda deyib: "Ukrayna ilə Suriya arasında diplomatik əlaqələr olmayacaq. Suriyaya qarşı sanksiyalar daha da artırılacaq”.

M.Arif