Maqazin 15:00 10.06.2023

Evində 8 pişik saxlayan aktrisa yemlərin qiymətindən şikayətləndi

"Hazırda evimdə 8 pişik saxlayıram”.

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Nahidə Orucova deyib. Aktrisa pişik yeməkləriinin baha olduğunu da vurğulayıb. 

"Gedirəm teatra, məşq, tədbir, verilişlər, gəlirəm evə, sonra da pişiklərə qulluq edirəm. Nə olar aktrisa olanda? Aktrisa pişik saxlamamalıdır? Yeni doğulan pişikləri anaları yedizdirir. Böyüklərə də mən yem alıram. Onlara yem almağa məcburam, acından ölməli deyillər ki? Amma aylıq xərcini hesablamamışam, bilirəm ki, çox pul tutur”, deyə H.Orucova bildirib.

Aktrisa yeni doğulan pişiklərin başqaları tərfindən götürülməsi ilə bağlı ona təklif gəlmədiyini bildirib: 

"Təklif edəcəyəm, kim istəsə, gəlib götürə bilər. Mən heyvan sevənəm”. 

Bahar Rüstəmli