Ölkə 08:57 08.02.2023

Şeyx İrandakı nümayəndəsini “Təzə Pir”ə rəis təyin etdi (FOTO)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə "Təzə Pir” məscid kompleksinə rəis təyin edib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, QMİ-nin İrandakı nümayəndəsi Hacı Şamil Rəsulov "Təzə Pir” məscid kompleksinin rəisi təyin olunub. 
 


Qeyd edək ki, Şamil Rəsulov 2014-cü ildə QMİ Qazılar Şurasının üzvü, Fətva şöbəsinin müdir müavini vəzifəsindən azad olunaraq, idarənin İranda nümayəndəsi təyin olunmuşdu.
 


Xatırladaq ki, "Təzə Pir” məscid kompleksinin rəisi Hacı Hatəm Mirzəyev 08.11.2022-ci ildə 65 yaşında dünyasını dəyişib.

Əhməd