Sənət 11:01 04.08.2022

"Əzrayılla müqavilə bağladıq..." - Səhhəti pişləşən xalq artisti

Xalq artisti Əbdül Mahmudovun (Şeyx Əbdül) səhhəti pisləşib. 
 
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Aktyor bldirib ki, həkimlər ona soyuqdəymə diaqnozu qoyublar.

"Bir həftədir xəstəyəm, tənəffüs sistemində problemlər yaranıb, qızdırmam düşmür. Ev şəraitində müalicə olunuram, analiz götürdülər, məlum oldu ki, korona deyiləm. Ciddi soyuqdəymə olub”.

Əbdül Mahmudbəyov deyir ki, ölüm sanki qapının ağzındadır:

"80 yaşında kişi nə olmalıdır ki, Əzrayılla oynayıram. Yaş faktoru var, Əzrayılla müqavilə bağladıq, bir az da möhlət verdi, dedi ki, əlindəki işi tamamla, sonra gələcəyəm”.
 
Bahar Rüstəmli