Ekonomiks 11:18 04.11.2022

FED-in qərarı manata necə təsir edəcək? - "Hər şey Mərkəzi Bankdan aslıdır"

"FED-in son qərarından sonra dünya bazarında dolların möhkəmlənməsi müşahidə olunur. Bu gün də avro dollara nisbətən yenidən dəyər itirib”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, FED qərarını elan etdikdən sonra avro dollara nisbətən 0,5% ucuzlaşmışdı:
 
"Bu gün də birjalarda FED-in qərarının təsiri müşahidə olunmaqdadır. Xüsusən də səbət valyutalara təsirləri var. Söhbət 6 aparıcı valyutadan gedir. Eyni zamanda, FED infliyasiyaya qarşı tədbir olaraq gələcəkdə də uçot dərəcəsini artırmaqla bağlı qərarların verilə biləcəyini bildirib”. 
 


Deputat bildirib ki, FED-in qərarları valyutalara təzyiqi artırır:

"Çünki dollar möhkəmlənir və investorlar daha çox öz vəsaitini dollarla saxlamaqda maraqlıdır. Artıq dollara depozitlər və yığımlar daha çox gəlir gətirir. Bu da investorlar üçün cəlbedicidir. Bu konteksdən təbii ki, FED-in qərarı artıq valyuta qərarına təsir göstərməkdədir”.

Vüqar Bayramov Azərbaycanda fiks məzənnə rejiminin olduğunu vurğulayıb:

"Məzənnəinin müəyyənləşməsində Mərkəzi Bank aparıcı mövqeyə malikdir. Bu baxımdan FED qərarlarının praktik olaraq istəlinən valyuta bazarlarına psixoloji təsirləri var. Amma milli valyutanın məzənnəsi necə dəyişməsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Mərkəzi Bankın mövqeyi manatın məzənnəsinin müəyyənləşdirilməsində həlledici olaraq qalmaqdadır”. 

Bahar Rüstəmli