İdman 11:28 26.01.2023

Federasiya prezidenti uşaq istismarına görə saxlanıldı

Fransa Həndbol Federasiyasının prezidenti Bruno Martini uşaqlara qarşı zorakılıqda təqsirli bilinib.

Qaynarinfo-nun məlumatına görə, prezident bir uşağı cinsi istismara məruz qoyduğu üçün bir il müddətinə şərti həbs cəzasına məhkum edilib. Fransanın "Midi Libre” xəbər saytının məlumatına görə, ittiham olunan Martini bazar ertəsi saxlanılıb. Daha sonra Paris məhkəməsinə göndərilib.

Prokurorluğun ona qarşı irəli sürdüyü uşaq istismarı ittihamlarını qəbul edən Martini 1 il həbs cəzası alıb. Məhkəmə Martiniyə 5 il müddətinə yetkinlik yaşına çatmayanlarla işləməyə qadağa qoyulmasına qərar verib və 2500 avro məbləğində cərimələyib.

Prezident həmçinin uşaq zorakılığı ilə bağlı şəkillər saxlamaqda ittiham olunurdu.

Səbuhi Həsənov