İdman 15:37 16.08.2022

FİFA bu ölkənin futbol federasiyasını üzvlükdən çıxardı

Beynəlxalq Futbol Assosiasiyaları Assosiasiyası (FIFA) Hindistan Futbol Federasiyasının (AIFF) üzvlüyünü dayandırdığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, qurum bunun səbəbini federasiyanın müstəqil üzvlərinə kənardan müdaxilə olması ilə əlaqələndirib və yekdilliklə üzvlüyün dayandırıldığı bildirilib.
 
Hindistanda işdən çıxarılan İcraiyyə Komitəsinin üzvləri müstəqil şuranın səlahiyyəti ilə yenidən idarəçiliyə keçərsə, sözügedən cəzanın qaldırılacağı vurğulanıb.

Bu şəraitdə Hindistanın oktyabrda 17 yaşlı qızlardan ibarət komandalar arasında keçiriləcək dünya çempionatına ev sahibliyi edə bilməyəcəyi bildirilib. FİFA-nın Hindistanın Gənclər və İdman Nazirliyi ilə əlaqə saxladığı və lazımi tədbirlər görülməsə, tədbirin başqa ölkədə təşkili üçün işlərə başlanacağı ifadə olunub.

2020-ci ilin dekabrında Hindistan Futbol Federasiyası tərəfindən keçirilməsi nəzərdə tutulan prezident və idarə heyətinə üzvlüklə bağlı seçkilər müxtəlif səbəblərdən təxirə salınmışdı.  Məhkəmə isə may ayında çıxardığı qərarla İcraiyyə Komitəsinin əvvəlki üzvlərini etibarsız sayaraq federasiya rəhbərliyinə başqa üç nəfər idarəçi təyin edib.

Səbuhi Həsənov