İdman 11:53 06.09.2022

FIFA referimiz Konfrans Liqası matçını idarə edəcək

FIFA referisi Rauf Cabarov yeni təyinat alıb.

Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Slovakiyada "Slovan" (Bratislava) və Litvanın "Jalqris" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununu idarə ədəcək.

Cabarova Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Fərid Hacıyev olacaq.

Qarşılaşma sentyabrın 8-də baş tutacaq.
 
Səbuhi Həsənov