Dünya 15:06 09.02.2023

Finlandiya və İsveç "mümkün qədər tez" NATO-ya qəbul edilməlidir - Baş katib

İsveç və Finlandiyanın NATO-ya qəbulu prosesi mümkün qədər tez başa çatdırılmalıdır. 

Qaynarinfo xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında deyib. Onların sözləri NATO-nun saytında verilib.

O qeyd edib ki, Finlandiya və İsveç hələ də Şimali Atlantika Alyansının mülki və hərbi strukturlarına inteqrasiya edir.

"Finlandiya və ya İsveç təzyiq altında olarsa, Müttəfiqlərin hərəkətə keçməməsi ağlasığmazdır. Bu üzvlük prosesini mümkün qədər tez başa çatdırmağımız vacibdir”, - Stoltenberq bildirib.

Blinken qeyd edib ki, ABŞ iyulda Vilnüsdə keçiriləcək sammitə qədər Stokholm və Helsinkinin NATO-ya qəbulu prosesini başa çatdırmağa çalışacaq.

Alpər