Dünya 23:32 17.03.2023

Finlandiyanın NATO-ya üzvlüyünə dair protokol Türkiyə parlamentinə təqdim olundu

Finlandiyanın NATO-ya üzvlüyünə dair protokol Türkiyə Böyük Millət Məclisinə təqdim olunub.

Bu barədə "Anadolu” məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sənədi imzalayaraq Türkiyə parlamentinə təqdim edib. Eyni zamanda, sözügedən protokolun təsdiqlənməsinin uyğun olduğuna dair qanun təklifi parlamentin Xarici işlər komissiyasına həvalə edilib.