İdman 15:39 27.05.2023

Fransalı hücumçu "Qarabağ"da - Qurban Qurbanov açıqladı

"Qarabağ" "Zirə”nin fransalı hücumçusu Hamidu Keytanın transferini yekunlaşdırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov bildirib.

"Keyta əvvəldən bizim transfer siyahımızda var idi və artıq onunla danışıqlar müsbət yekunlaşıb", deyə Qurbanov bildirib.

Qeyd edək ki, Seneqal əsilli Hamidu Keyta əvvəllər Fransa, Rumıniya və Portuqaliyanın müxtəlif klublarında çıxış edib. O, 2022-ci ilin yanvarında Portuqaliya "Santa Klara"sından "Zirə"yə keçib. 28 yaşlı sağ cinah futbolçusu cari mövsümdə meydana çıxdığı 36 oyunda 8 qol vurub və 12 məhsuldar ötürmə edib.