Dünya 18:35 21.05.2023

Fransanın mövqeyi Azərbaycanı zəiflətmək istəyən İranın maraqlarına xidmət edir - Ukrayna və İsraildən sərt reaksiya

"Paris İrəvana silah tədarükü prosesinə başlayıb. 50 zirehli texnikanın ilk partiyası yoldadır. Fransanın bu qərarı Ukrayna və İsraildə hiddət doğurur, çünki bu, iki dövlətin təhlükəsizliyinə birbaşa təhdid yaradır".

Qaynarinfo xəbər verir ki, bu barədə "AZfront" "Telegram" kanalı Ukrayna hərbi kəşfiyyatına yaxın mənbəyə istinadən məlumat yayıb.

Fransa xüsusi xidmət orqanlarının ruporu "Intelligenceonline” də Ermənistana hərbi ixracın hazırlanması və ikitərəfli silah komitəsinin işinin bərpası ilə bağlı məlumatları təsdiqləyir.

Hazırda bir çox fransız parlamentariləri Ermənistana silah tədarükünün tərəfdarıdır. 

Kanal yazır ki, bu, dünyada mənfi reaksiya ala bilər. Xüsusilə də İsrail artıq narahatlığını bildirib.

"Ermənistan, İran və Rusiya hərbi əməkdaşlıqla sıx bağlıdır, buna görə də Fransanın Ermənistana tədarük etdiyi silahlar Kiyev və Qüdsün ən böyük düşmənlərinin əlinə keçə bilər”, deyə ABŞ-ın ən böyük yəhudi həftəlik nəşri olan "The Jewish Press” xəbərdarlıq edib. 

Bunu Ukrayanın "Focus” nəşri də təsdiqləyir: "İndi İrəvanın alacağı Qərb silah modellərinin Rusiya Federasiyasının əlinə keçəcəyi ilə bağlı qorxular var. Rusiya əks tədbirlər hazırlaya və ya öz surətini yaratmağa cəhd edə bilər".

"Makron Rusiyanın peyki və İranın müttəfiqi olan Ermənistanı silahlandırır”, deyə ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika məsələləri üzrə keçmiş direktoru Doran tədarük cəhdlərinə reaksiya verib

Hələ 2022-ci ilin noyabrında İsrailin "Hamodia” nəşri Fransanın Ermənistanı ağır silahlarla təchiz etmək planları barədə xəbərdarlıq etmişdi. Qafqazda Azərbaycan və İsrailə qarşı birləşən Fransa, İran və Rusiya arasında ittifaq yarandığını mətbuat təsdiqləyib.

Dekabrda İsrail parlamentariləri rəsmən etiraf etdilər: Fransanın Qarabağla bağlı mövqeyi Azərbaycanı zəiflətməkdə maraqlı olan İranın əlinə oynayır.

"İran və Rusiya münasibətlərində Ermənistan xüsusi rol oynayır. Bu ölkə çoxdan işğalçı ölkələrin hərbi-strateji alyansında ticarət vasitəçisinə çevrilib. Ukraynadakı müharibə isə Qafqazda Fransa-Rusiya ittifaqının yaradılmasını ancaq gecikdirdi", deyə mənlər bildirir.

Aydın