Hakim Moldova Fəaliyyət və Həmrəylik Partiyasından (PAS) olan deputat Andrian Keptonar bildirib ki, Serbiyadan futbol azarkeşləri adı altında "diversiyaçılar” bu həftə Kişinyova gələ bilərlər. Çərşənbə axşamı, fevralın 14-də Serbiya klubunun azarkeşləri ölkəyə buraxılmayıb.
Qaynarinfo "NewsMaker” nəşrinə istinadən xəbər verir ki, hakim partiyadan 12 serb azarkeşinin Moldovaya buraxılmadığını
bildiriblər.
Futbol fanatlat fevralın 16-da "Şerif”lə qarşılaşacaq "Partizan” klubunu dəstəkləməyə gəliblər. Sərhəd polisi bunu "bir qrup vətəndaşın giriş üçün bütün şərtləri yerinə yetirməməsi" ilə izah edib.
Fevralın 13-də Moldova parlamentinin Milli təhlükəsizlik, müdafiə və ictimai asayiş komitəsinin üzvü olan Keptonar Modova və Serbiya komandaları arasında keçiriləcək oyuna qonaq komandanın azarkeşlərinin gələcəyini bildirib.
"İnformasiya və təhlükəsizlik xidmətinin (İTX) Zelenskinin verdiyi məlumatdan xeyli əvvəl göstərdiyi səylər sayəsində Serbiya klubu boş tribunalar şəraitində oynayacaq, çünki onlar diversantlar gətirməyi planlaşdırırdılar”, - Kleptoran bildirib.
Daha sonra, fevralın 14-də Serbiya klubunun Facebook səhifəsində Moldova Futbol Federasiyasının məktubu dərc olunub. Onlar İTX-yə istinad edərək "Moldova dövlət sistemi üçün real təhlükənin” olduğunu bəyan ediblər. Kişinyov matçın azarkeşsiz "bağlı qapılar arxasında" keçirilməsinə qərar verib.
Xatırladaq ki, fevralın 9-da Zelenski Ukrayna kəşfiyyatının Rusiyanın Moldovada siyasi vəziyyəti məhv etmək planını ələ keçirdiyini iddia edib. Fevralın 13-də prezident Maya Sandu bəyan edib ki, Rusiya Federasiyası ölkədə dövlət çevrilişi təşkil etməyi planlaşdırır - "təxribat və mülki şəxs kimi gizlənən hərbi təlim keçmiş insanların cəlb edilməsi". Onun sözlərinə görə, Kremlin planı həm də əcnəbilərin istifadəsini nəzərdə tutur. Xüsusilə Serbiya vətəndaşları üçün giriş planlarından bəhs edilir.
Belqrad serblərin Moldovada sabitliyi pozmaq üçün hərbi əməliyyatların hazırlanmasında iştirak edə biləcəyini danır və izahat tələb edir. Rusiya bütün ittihamları rədd edir.
Moldova prezidenti Maya Sandunun Rusiya Federasiyasının Moldovada dövlət çevrilişi etməyi planlaşdırdığı barədə bəyanatı fonunda Avropa diplomatiyasının rəhbəri Xosep Borrel Moldovanın Rusiyanın böyük təzyiqi altında olduğunu bildirib.
Nizami Bağırov
Şərhlər