İdman 20:22 30.11.2022

Futbolda yenilik: DÇ-2026-nın qrup mərhələsində penalti seriyası tətbiq oluna bilər

FIFA 2026-cı il dünya çempionatının qrup mərhələsində penalti seriyasını tətbiq etməyi düşünür.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Athletic” məlumat yayıb. 

Qeyd edilir ki, heç-heçə olacağı halda penalti seriyaları keçiriləcək. Qalib komanda bonus xalı qazanacaq.

"Penaltilər seriyası həqiqətən də üç komandalı qruplardan ibarət turnirlər üçün seçim ola bilər”, deyə FIFA-nın texniki inkişaf direktoru Marko van Basten bildirib.

Qeyd edək ki, 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatında ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Onlar üç komandadan ibarət 16 qrupa bölünəcəklər. Hazırda Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində 8 qrupa bölünən 32 milli komanda iştirak edir.

Nizami Bağırov