NBA-nın gələcək ulduzları arasında göstərilən amerikalı basketbolçu Darius Li Nyu-Yorkun Harlem məhəlləsində baş verən atışmada ölüb.
Qaynarinfo xəbər verir ki, Hyuston Baptist Universitetində basketbol oynayan 21 yaşlı Darius Li, NBA-da oynamağı planlaşdırarkən üzücü xəbərlə gündəmə gəlib. Nyu-York polisi bazar ertəsi səhər Harlemdə baş verən atışma nəticəsində basketbolçunun öldüyünü, 8 nəfərin isə yaralandığını bildirib.
Harlemdə doğulub böyüyən və yay tətili üçün evə gələn Li reper Riç Rimerin klip çəkilişlərində iştirak edib. Lakin səbəbi hələlik məlum olmayan münaqişə zamanı 9 nəfərin yaralandığı atışmada sinəsindən güllə yarası alan 21 yaşlı basketbolçu aparıldığı xəstəxanada dünyasını dəyişib.
Şahidlər atışma zamanı hadisə yerində təxminən 40-50 dəfə dalbadal atəş səsləri eşitdiklərini bildiriblər.
Səbuhi Həsənov
Şərhlər