Ekonomiks 17:34 11.08.2022

Gənc məzunlar “Azəriqaz”da ödənişli istehsalat təcrübəsi keçəcəklər (FOTOLAR)

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin sifarişi ilə SOCAR tərəfindən Ödənişli İstehsalat Təcrübəsi Proqramı üzrə elan edilmiş müsabiqəni müvəffəqiyyətlə keçmiş gənclər ilə görüş keçirilib.

Bu barədə Qaynarinfo-ya "Azəriqaz”a istinadən məlumat verir.

Bildirilib ki, "Azəriqaz"ın rəhbər şəxsləri görüş zamanı gənclərə Birlik, onun əsas fəaliyyət istiqamətləri, təşkilati strukturu, eyni zamanda təcrübə müddəti, təcrübə zamanı təşkil ediləcək təlimlər, təlim proqramının mövzuları barədə ətraflı məlumat verərək təcrübəçiləri maraqlandıran suallarını cavablandırıblar.

Xatırladaq ki, SOCAR hər il bu proqram vasitəsilə təhsil müəssisələrini yeni bitirmiş məzunların həm təcrübə keçməsinə, həm də təcrübəsini uğurla keçmiş namizədlərə daimi işlə təmin olunmaq imkanı yaradır.

Təcrübə proqramının üstünlükləri:

- Təcrübəçilərlə müqavilə bağlanılaraq minimum əmək haqqı məbləğində əmək haqqının ödənilməsi;

- SOCAR-ın geniş profilli sahələrində real istehsalat təcrübəsi keçmək üçün imkanın yaradılması;

- Təcrübə müddətində müsbət nəticələr göstərən və yekun müsahibə mərhələsini uğurla keçmiş namizədlərə iş stajı baxımından müəyyən güzəştlərin edilməsi və daimi işlə təmin edilməsi.