İdman 17:33 16.10.2022

Gəncədə əvəzetmələr elektron tablo yox, əl işarələri ilə edildi

Misli Premyer Liqasının 10-cu turu çərçivəsində "Kəpəz" Gəncədə "Neftçi"ni qəbul edir. 

Qaynarinfo xəbər verir ki, Gəncə şəhər stadionundakı elektron tablo işləməyib. Bu səbəbdən də əvəzetmələr zamanı matçın dördüncü hakimi Rövşən Rəcəbov əl işarələrindən istifadə edib. 

Qeyd edək ki, oyun "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.