Foto 18:39 07.09.2022

Goranboy rayon sakinlərinin qaz təchizatı ilə bağlı müraciətləri “Açıq mikrofon”da qeydə alındı (FOTO)

Goranboy rayon sakinlərinin qaz təchizatı ilə bağlı müraciətləri "Açıq mikrofon”da qeydə alındı.

SOCAR "Azəriqaz” İstehsalat Birliyinin regionlarda keçirdiyi "Açıq mikrofon” aksiyası bu dəfə Goranboyda təşkil olunub.

Bu barədə Qaynarinfo-ya Azəriqaz İB-dən məlumat verilib.

"Abonentlərdən xahiş edirik, qaz təchizatı ilə bağlı üzləşdikləri problemləri aksiyada rahat şəkildə səsləndirsinlər”. Bu sözləri Gəncə Regional qaz istismarı İdarəsinin rəisi adıçəkilən şəhərdə qurulan "Səyyar qəbul otağı”ndakı çıxışında bildirib. "Açıq mikrofon”nun imkanlarından istifadə edən Kəpənəkçi kənd sakini Çinarə Nəsibova fərdi yaşayış evində qaz xəttinin və qaz sayğacının yerinin dəyişdirilməsini xahiş edib. Rayonun 58-ci məhəllə sakinləri Ceyhun Həsənovla Şöhrət Qəhrəmanovun müraciəti isə yeni çəkilən qaz xəttinə qoşulma və fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı olub. Vətəndaşlara məlumat verilib ki, SOCAR "Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Qeyd edək ki, mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi, şəhid ailələrinə və qazilərə şamil edilir. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.