Foto 21:21 23.09.2022

Güclü külək Tovuzun bir neçə kəndini işıqsız qoydu (FOTO)

Tovuzda güclü külək bir sıra fəsadlar törədib.

APA-nın məlumatına görə, külək bir neçə kənddə elektrik dirəklərini aşırıb, xətlər qırılıb.

Nəticədə rayonun Yuxarı Öysüzlü, Əlibəyli, Mülkülü və Hacallı kəndlərinə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda "Azərişıq” və digər adiyyatı qurumların əməkdaşları sözügedən kəndlərə ezam olunublar.