Siyasət 23:42 07.03.2023

Gürcüstan prezidenti BMT-də planlaşdırılan bütün görüşləri ləğv etdi

Gürcüstan prezidenti Salome Zurabişvili BMT-də planlaşdırılan görüşləri ləğv edib və əhaliyə müraciət etməyə hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə ölkə prezidentinin administrasiyası bildirib.

"Gürcüstan prezidenti ABŞ-dadır. Prezident BMT-də bu günə planlaşdırılan bütün görüşləri ləğv edir və əhaliyə müraciət etməyə hazırlaşır", - deyə qeyd olunub.