Dünya 17:18 09.03.2023

Gürcüstandakı “agentlər” qanunu Kremldən ilhamlanıb? - Peskovdan cavab

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiyanın "Gürcüstanla elə də əlaqələri yoxdur”, lakin oradakı vəziyyət narahatedicidir, çünki "Rusiya sərhədlərinin perimetrində sakitlik vacibdir”.

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, Peskov Kremlin Gürcüstan parlamentinə təqdim edilən və sonra etirazlara görə geri götürülən "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə heç bir əlaqəsi olmadığını da vurğulayıb

"Kremldən heç bir ilham alınmayıb. Kremlin bununla heç bir əlaqəsi yoxdur. Bu cür qanunların tətbiqi təcrübəsi məsələsində ABŞ daha qabaqcıldır", - prezidentin nümayəndəsi deyib.

Alpər