İdman 14:12 09.03.2023

Hakimə hücum edən futbolçuya ağır cəza verildi

Suriya Futbol Federasiyası "Əl-Ceyş"də çıxış edən millinin sabiq kapitanı Əhməd əl-Salehə ağır cəza verib.

Qaynarinfo-nun məlumatına görə, matç zamanı hakimə fiziki təzyiq göstərən futbolçu futboldan ömürlük uzaqlaşdırılıb. Federasiyadan verilən açıqlamada "Əl-Ceyş"lə "Əl-Vatba" arasında baş tutan qarşılaşmada qırmızı vərəqə aldığı üçün hakimin üzərinə hücum çəkən və onu təhqir edən Əhməd Əl-Saleh barəsində intizam istintaqının başladığı bildirilib. 

Bununla yanaşı ömürlük idmandan uzaqlaşdırılan 32 yaşlı müdafiəçinin qərardan apellyasiya şikayəti vermək hüququ olmadığı da açıqlanıb. 

Kapitanı olduğu millidə 54 oyunda meydana çıxan Əhməd Əl-Saleh 2 qol vurub.

Səbuhi Həsənov