İdman 11:12 06.09.2022

Hakimlər Komitəsinin sədri Konfrans Liqasına təyinat aldı

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA tərəfindən növbəti təyinat alıb.
 
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Anderlext” (Belçika) – "Silkeborq” (Danimarka) oyununun hakim-inspektoru olacaq.
 
Qarşılaşma sentyabrın 8-də Belçikanın Brüssel şəhərindəki "Anderlext” stadionunda keçiriləcək.
 
Səbuhi Həsənov