Ölkə 19:28 08.12.2022

Həbs olunan bələdiyyə sədri icra başçısının müavinini ittiham etdi

Goranboy rayonunun Düzqışlaq bələdiyyəsinin keçmiş sədri Elyar Cəfərov 8 il azadlıqdan məhrum edilib. 

Qaynarinfo xəbər verir ki, Cinayət Məcəlləsinin 311.3.3 (rüşvət alma - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinən Elyar Cəfərov ittihamı qəbul etməyib. O, baş verənlərə görə rayon rəhbərliyini ittiham edib. 

İttihama görə, Elyar Cəfərov Goranboy rayonunun Düzqışlaq bələdiyyəsinin sədri vəzifəsində çalışarkən 2020-ci ilin iyun ayında 33 ha torpaq sahiəsinin icarəyə verilməsi üçün vətəndaşdaşdan 7 min manat rüşvət alıb. Lakin sonradan o, verdiyi vədə əməl etməyib. Daha sonra vətəndaş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib və Elyar Cəfərov həbs olunub.

Elyar Cəfərov isə məhkəmədə məsuliyyəti həmin vaxt Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini olmuş Ceyhun Həsənovun üzərinə atıb. Keçmiş bələdiyyə sədri iddia edib ki, 33 ha torpaq sahəsini Ceyhun Həsənovun tapşırığı əsasında icarəyə verib.

Ceyhun Həsənov bu ilin aprelində vəzifəsindən azad edilib. Bəzi iddialara görə, onun işdən çıxarılması Elyar Cəfərovun cinayət işi ilə əlaqədar olub.

Seyid