Ölkə 15:45 01.06.2023

Həbsxana divarları arasında "Uşaq günü”

"Uşaq sığınacağında məskunlaşan uşaqların bəziləri 3 gün cəzaçəkmə müəssisəsində qalacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. Onun sözlərinə görə, həmin uşaqların valideynləri qadın cəzaçəkmə müəssisəsindədirlər: 
 
"1 iyun Uşaqların Beynəlxaq Müdafiəsi günündə onlar anaları ilə görüşə gedirlər. Hər bir sahədə  olduğu kimi uşaqların da hüquqlarının qorunmasında problemlər aydın görünür.  Amma bu gün Azərbaycanda uşaqların müdafiəsi istiqamətində çox böyük dəyişikliklər var. İstər dövlət qurumları, istərsə də sosial  xidmətlər, maarifləndirmə işləri aparan qeyri-hökümət təşkilatları çox aktivdirlər. Hazırda  bizim sığınacaqda məskunlaşan bir neçə uşaq 1 iyun Belnəlxalq Müdafiəsi Günü ilə bağlı cəzaçəkmə müəssisələrində olan anaları ilə görüşə gediblər”.
 
Kəmalə Ağazadə hər bir uşağın valideyini ilə ünsiyyətə, təmasa, sevgiyə böyük ehtiyacı olduğunu vurğulayıb:
 
"Bunun üçün uşaqlara hər cür şərait yaradılır. Belə tədbir keçirdiyinə görə Ədliyyə Nazirliyindən çox razıyam. Düzdür, mən istəməzdim ki, bu tədbir həbsxanalarda keçirilsin. Amma neyləyək, bu da bir qismətdir. Həmin uşaqların sevincini görmək laızm idi. Hər kəs sevinc göz yaşları tökürdü”.
 
Bahar Rüstəmli