Ekonomiks 13:51 14.11.2022

Həftənin ilk “Açıq mikrofon” aksiyası Hacıqabulda keçirildi (FOTOLAR)

SOCAR "Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə keçirdiyi "Səyyar qəbul otağı” həftənin ilk iş günündə Hacıqabul rayonunda baş tutub. 
 
Qaynarinfo xəbər verir ki, Laləzar Əliyeva ilə Əliyar Əsgərovun müraciətlərindən aydın olub ki, adıçəkilən sakinlərin qeyd etdikləri ünvanlarda bəzən qazın təzyiqində zəiflik müşahidə olunur. 

Digər iki müraciət Xanım Babayeva və Eynur Əsgərli tərəfindən ünvanlanıb ki, onlar da fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsini istəyiblər. Vətəndaşlar tərəfindən səsləndirilən digər müraciətlər də Salyan RQİİ-nin səlahiyyətli  şəxsləri tərəfindən dinlənilərək qeydiyyata alınıb.