Ölkə 14:49 01.03.2023

Hərbi Prokurorluğun baş müstəntiqi həyat yoldaşını döyüb? - Araşdırma başladı

Respublika Hərbi Prokurorluğunun baş müstəntiqi, polkovnik-leytenant Ceyhun Hüseynovun həyat yoldaşını döyərək ona xəsarət yetirməsi barədə məlumatlar araşdırılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, Hərbi prokurorluq əməkdaşının həyat yoldaşının mediada yayılmış videomüraciəti ilə bağlı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılır.

Qeyd edək ki, yayılan məlumatlara görə, zərərçəkmiş Nərgiz Hüseynova həyat yoldaşının onu dəfələrlə döydüyünü, üstünə silah çəkdiyini iddia edib.

Zərərçəkmiş şəxsin dediyinə görə, həyat yoldaşı azyaşlı uşaqlarını da mütəmadi olaraq ondan almağa çalışıb, onu ölümlə hədələyib.