Siyasət 16:05 20.10.2022

Hikmət Hacıyev Cəbrayıldakı erməni vandallığını Pompey xarabalıqları ilə müqayisə etdi (FOTO)

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cəbrayıldan paylaşım edib.

Qaynarinfo-nun məlumatına görə, sosial şəbəkə hesabında paylaşım edən Hikmət Hacıyev bildirib ki, bu narahatedici mənzərəni vulkan püskürməsi nəticəsində dağılmış qədim Pompey xarabalıqları ilə səhv salmaq olar.

"Pompeydən fərqli olaraq, bu video Cəbrayıl şəhərində 30 illik işğal zamanı Ermənistan ("qədim sivil ölkə” adlandırılan) tərəfindən qəsdən törədilən insan vandalizmini əks etdirir”, - o qeyd edib