Dünya 10:24 03.06.2023

Hindistanda qatar qəzası faciəsi: 288 ölən, 900 yaralı və itkinlər var

Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı artmaqdadır. 

Qaynarinfo xəbər verir ki, Dövlət yanğınsöndürmə idarəsinin rəisi Sudhanşa Sarangiyə istinad edən AFP agentliyinin məlumatına görə, artıq 288 ölü və yüzlərlə yaralı var.

Daha əvvəl 230 nəfərin öldüyü, 900 nəfərin yaralandığı bildirilirdi.

Xilasetmə əməliyyatı 100-dən çox Milli Fəlakətə Yardım Qüvvələrinin şəxsi heyəti və onların dövlət həmkarları ilə davam edir. Onlar qurbanları axtarırlar. Çoxlu sərnişin aşmış vaqonların altında qalmış ola bilər.

Hadisə Hindistanın Balasore şəhəri yaxınlığındakı Odişa əyalətində baş verib. Kəlküttədən Çennaya gedən sərnişin qatarının 10-12 vaqonu yük qatarı ilə toqquşması nəticəsində relsdən çıxıb və əks yola düşüb. Sonra başqa bir sərnişin qatarı onlara çırpılıb, nəticədə insanların olduğu daha üç-dörd vaqon relsdən çıxıb.

Alpər