Dünya 23:22 01.07.2022

İbrahim Tatlısəs Məscidül-Əqsada

Konsert vermək üçün İsrailə gedən məşhur türkiyəli müğənni İbrahim Tatlısəs Məscidül-Əqsaya baş çəkib.

Qaynarinfo bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.

Tatlısəs dünən Qərbi Qüdsdəki Sultan Havuzuda israilli pərəstişkarları üçün verdiyi konsertdən sonra Məscidül-Əqsa məscidinə gedib.

Müğənni "Qaya məscidi və günbəzi”ni ziyarət edərkən bu müqəddəs yer haqqında da məlumat alıb.

Məscidül-Əqsada ibadət edən bəzi müsəlmanlar da Tatlısəsə sevgi və məhəbbətlərini ifadə edərək, onunla xatirə şəkli çəkdiriblər.

M.Arif