Ölkə 13:55 16.02.2023

İcra başçısına yeni müavin təyin edildi

Goranboy rayon İcra Hakimiyyətində yeni təyinat olub.

"Report"un məlumatına görə, müvafiq sərəncamla Həsənov Şamxal Məhərrəm oğlu icra başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ş.Həsənov bundan öncə, Goranboy rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində çalışıb.