Ölkə 17:06 13.09.2022

İcra başçısının birinci müavini vəzifəsindən azad edildi

Masallı rayon icra hakimiyyəti başçısının birinci müavini Məhəmmədhüseyn Hüseynov tutduğu vəzifəsindən azad edilib.

Qaynarinfo-nun APA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı rayon icra hakimiyyəti başçısı Araz Əhmədov xüsusi əmr imzalayıb.

Məhəmmədhüseyn Hüseynov həm də Fövqəladə hallar komissiyasının sədri vəzifəsindən də kənarlaşdırılıb.

Faktı Masallı Rayon İcra Hakimiyyəti təsdiq edib.