Foto 11:35 17.01.2023

İcra Hakimiyyətində müəmma: Müdir müavini icra başçısının müavini səlahiyyətini icra edir (FOTO)

Xocalı Rayon İcra Hakimiyyətində şöbə müdirinin müavini qeyr-rəsmi olaraq icra başçısının müavini kimi vətəndaşları qəbul edir. 

Qaynarinfo-nun məlumatına görə, Əliyev Vahid Surxay oğlu 10 fevral 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının (YAP) Xocalı rayon təşkilatının sədri seçildiyi üçün icra başçısının müavini vəzifəsindən azad edilib. 

İcra Hakimiyyəti başçısının müavini - Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə isə bu günədək təyinat olmayıb. 

Amma vətəndaşları İcra Hakimiyyəti başçısının müavini - Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini kimi Allahverdiyev Bəxtiyar Füzuli oğlu qəbul edir. 

Bəxtiyar Allahverdiyev isə icra başçısı Şahmar Usubovun qeyri-rəsmi tapşırığı ilə başçının müavini - Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini icra edir.

Xocalı Rayon İcra Hakimiyyətindən məlumatı təsdiqləsələr də, bildirilib ki, sözügedən vəzifəyə hələlik təyinat yoxdur.

Əhməd