Ölkə 13:22 04.02.2023

İcra Hakimiyyətinə məxsus “reşotkalar”ı oğurlandı, həbsdən azad edildi

Nizami rayon İcra Hakimiyyəti Keşlə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ofisinə məxsus pəncərələrinin dəmir barmaqlıqlar oğurlanıb.

Qaynarinfo-nun məlumatına görə, polis tərəfindən keçirilən əməliyyat zamanı oğurluğu törədən 1968-ci il təvəllüdlü Zabil (şərti) adlı şəxs saxlanılıb. 

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Zabil məhkəməyə verdiyi izahatında protokolda göstərilən inzibati xətanı törətməsini etiraf edərək bildirib ki, dövlət qurumuna vurduğu ziyanı tam ödəyib.

150 manat dəyərində dəmir barmaqlıqlar Nizami rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələyinə qaytarılıb və zərərçəkən şəxslə barışışıq olub. Zərərçəkən şəxsin ondan şikayət və tələbi yoxdur. 

Məhkəmənin qərarı ilə Zabil barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilib və o, həbsdən azad edilib.

Əhməd