Ekonomiks 18:38 01.07.2022

İdxalı ƏDV-dən azad edilən xammal və materialların yeni siyahısı təsdiqləndi

Prezident İlham Əliyev "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” fərman imzalayıb.

Qaynarinfo-nun xəbərinə görə, fərmana əsasən, idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların yeni siyahısı təsdiqlənib.

Nazirlər Kabinetinə və Dövlət Gömrük Komitəsinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş siyahının 1–26 və 44–53-cü hissələri 2022-ci il dekabrın 31-dək qüvvədədir.

İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı