Ölkə 14:12 05.11.2022

İki il sonra yenə eyni səbəbdən həbs olundu - "Bandotdel"in əməliyyatı (FOTO)

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirilən əməliyyat zamanı Bakıda gecə klublarına saxta içki satanlar saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, əməliyyat zamanı saxlanılanlar arasında Elçin Mirzəyev də var. Məlum olub ki, o, "Jack Daniels”, "Chivas” butulkalarında qablaşdırılan spirtli içkilər hazırlayaraq, şərab evlərində satdığına görə 2020-ci il yanvar ayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. 

Ağdam rayon sakini olan Elçin Mirzəyev o vaxt Bakı şəhər sakini Duşdurov Nazim Elbrus oğlunun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstədə olub. Onlar Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən gizli sexlərdə şadlıq saraylarında və restoranlarda istifadə edilən xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş butulkalarını yenidən qablaşdıraraq, müxtəlif iaşə obyektlərində və şərab evlərində satışını təşkil ediblər.

Araşdırma zamanı o da məlum olub ki, cinayətkar dəstənin digər üzvləri də dəfələrlə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar. 

Elçin Mirzəyev son saxlama zamanı izhatında bildirib ki, evdə saxta viski düzəldərək "Gold Baku” kulubunun sahibi Emin Həsənova satıb. 



Qeyd edək ki, Bakıda gecə klublarına saxta içk satanlar saxlanılıb. Dəstənin üzvləri - "Gold Baku” və "Tunel” gecə klublarının sahibləri Cahid Şahbazov, həmçinin Emil Həsənov, Elçin Mirzəyev, Mikayıl Abbasov, Rasim Nuriyev, Neman Abdullayev, Tərxan Kəlbiyev və Sərqam Orucov tutulublar. Onlar viski və digər növ saxta spirtli içkilər hazırlayıblar.

Əhməd