Ölkə 14:43 01.07.2022

İkisi rəis, ikisi müavin - General rütbəsi alan polis zabitləri

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən Daxili İşlər Nazirliyinin 4 polkovnikinə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Qaynarinfo general rütübəsi alan polis zabitləri barədə məlumatları təqdim edir:

Canpolad Alı oğlu Daanov - Polkovnik rütbəsində Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi vəzifəsinə təyin olunub. Bakı şəhərində anadan olub. 2005-ci ilin noyabr ayından 2019-cu ilin avqust ayına kimi DİN-in istintaq orqanlarında müstəntiq, baş müstəntiq, şöbə rəisinin müavini, şöbə rəisi və baş idarə rəisinin müavini, 2019-cu ilin avqust ayından 2020-ci ilin 19 noyabr tarixinədək DİN-in Polis Akademiyasının rəisinin birinci müavini vəzifələrində çalışb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2020-ci il tarixli 2298 nömrəli Sərəncamı ilə polis polkovniki Canpolad Daanov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib. 

Ailəlidir. İki övladı var.

Namiq Zirəddin oğlu Həsənov - Şəmkir rayonunda anadan olub. Polkovnik rütbəsində DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin rəisi təyin olunub. Uzun müddət Suraxanı rayon Polis İdarərinin rəisi vəzifəsində çalışıb. 

Vüqar Hidayət oğlu Ələkbərov - Polkovnik rütbəsində Bakı şəhər Baş Polis İdarəsinin əməliyyat işi üzrə rəis müavini təyin olunub. V.Ələkbərov sonuncu təyinatına qədər BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub.

Sərdar Süleyman oğlu Səfərov - Polkovnik rütbəsində Bakı şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini təyin olunub. BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və rəisi vəzifəsində çalışıb.

Əhməd