Siyasət 11:44 06.09.2022

İlham Əliyevin Brüssel görüşündə əsas tələbi nə olub? - Paşinyan açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan "Vətəndaş müqaviləsi” partiyasının deputatları ilə keçirdiyi qapalı görüşdə bildirib ki, avqustun 31-də Azərbaycan lideri İlham Əliyevlə Brüsseldə keçirilən gğörüşün əsas konstruktiv epizodu və ya naliyyəti onların sülh müqaviləsi ilə bağlı ilkin razılığa gəlmələri olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Hraparak” nəşri məlumat yayıb.

Baş nazir qeyd edib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən son görüş nəticəsiz qalmayıb. Onun sözlərinə görə, rəsmi Bakı üçün Ermənistanın Qarabağdan imtina etməyi prinsipial məsələdir:

"Paşinyan deyib ki, rəsmi Bakı üçün Artsaxdan imtina etməyimiz prinsipialdır, Əliyev Brüsseldə də "Artsax məsələsi”nin həll edildiyini, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasını və "Artsax erməniləri”nin Azərbaycan daxilində milli azlıq statusunu davam etdirməli olduğunu təkid edib. Paşinyan qeyd edib ki, Ermənistan Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu qorumalıdır, amma indiki şərtlər daxilində müstəqillikdən danışmaq real deyil, lakin şərtlərə uyğun olaraq hansısa status müəyyən edilməlidir. Bununla belə, o, həmçinin əlavə edib ki, Qarabağla bağlı istənilən variant İlham Əliyev üçün qəti şəkildə qəbuledilməzdir".

Əhməd