Oktyabrın 4-də KXDR ballistik raket buraxıb, onun trayektoriyası Yaponiyanın şimalı üzərindən keçib. Təcili həyəcan siqnalı işə düşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna Yonhap-a istinadən məlumat
yayıb.
Ölkənin müvafiq ərazilərində yaşayan vətəndaşları binaların içərisində və ya yerin altından təxliyə etməyə çağırılıb.
J-Alert sisteminə əsasən, KXDR raketi Yaponiya ərazisi üzərindən Sakit Okeana doğru uçub.
Eyni zamanda, Yaponiya hakimiyyəti raketin Hokkaydo adası və onun şimal-şərqindəki Aomori prefekturası istiqamətində buraxıldığını bildirib.
Yerli sakinlərə raket qalıqlarının düşmə ehtimalı barədə xəbərdarlıq edilib və sığınacaqlarda qalmaları xahiş edilib.
Nizami Bağırov
Şərhlər