Dünya 21:32 15.02.2023

"İndi Rusiya ordusunun 97 faizi Ukraynadadır" - Ben Uolles

İndi demək olar ki, bütün Rusiya ordusu Ukraynaya qarşı müharibəyə cəlb olunub. Bu say təxminən 97% təşkil edir.

Qaynarinfo bu barədə Britaniyanın müdafiə naziri Ben Uollesin BBC-nin efirindəki açıqlamasına istinadən xəbər verir.

O qeyd edib ki, buna baxmayaraq, Rusiya Ukraynanın müdafiəsini "yarmaq” üçün lazımi bir qüvvə toplaya bilməyib.

"Əksinə, biz sadəcə irəliləmək cəhdi gördük", deyə Uolles bildirib.

Britaniyalı nazir vurğulayıb ki, Rusiya ordusundan bu cür istifadə "baha başa gəlir”:

"Bu, Rusiya ordusuna çox baha başa gəldi. İndi biz hesab edirik ki, Rusiya ordusunun 97%-i, demək olar ki, bütün Rusiya ordusu Ukraynadadır".

Nizami Bağırov