Dünya 16:13 03.06.2023

İndoneziyalı nazir ABŞ-la Çini müdriklik göstərməyə və güzəştə getməyə çağırdı

İndoneziyanın müdafiə naziri general Prabovo Subianto ABŞ və Çin liderlərini mövcud ziddiyyətlərin hərbi münaqişəyə çevrilməməsi üçün müdriklik nümayiş etdirməyə və güzəştə getməyə çağırıb. 

Qaynarinfo xəbər verir ki, nazir bunu Sinqapurda Asiya-Sakit Okean regionunda regional təhlükəsizlik üzrə nazirlər səviyyəli forum çərçivəsində keçirilən Şanqri-La Dialoq Sammitində deyib.

Çin və ABŞ arasında Hind-Sakit Okean (Asiya-Sakit Okean) regionunun təhlükəsizliyinə ciddi təhdid yaradan ziddiyyətlərin mahiyyətinin "böyüməkdə olan dünya gücü” kimi ÇXR-in rəqabətində olduğunu qeyd edərək. 

Nazir bildirib ki, minillik Çin sivilizasiyası və hazırda ABŞ-ın rəhbərlik etdiyi Qərb sivilizasiyası bütün ölkələrin inkişafına böyük töhfə verib, buna görə də onların liderləri tarixi təcrübəyə arxalanmalı və kompromis həll yolları axtarmalıdırlar:

"Bəşəriyyət tarixi bizə kompromislərin və birgəyaşayışın rifahın yeganə mümkün yolu olduğunu öyrədir. Tarix onu da öyrədir ki, dünya gücləri arasında rəqabət çox vaxt açıq hərbi münaqişəyə çevrilir", deyə general qeyd edib.

Onun fikrincə, texnologiyanın inkişafı və hərbi məqsədlər üçün istifadə oluna biləcək son elmi kəşflərin işığında belə bir münaqişə baş verərsə, dünya yenidən qlobal fəlakətin astanasında olacaq.

Aydın