Çempionlar Liqasında "Benfika"ya məğlub olan "Brügge" baş məşqçi Skott Parkerlə yollarını ayırıb.
Qaynarinfo-nun məlumatına görə, klubdan 42 yaşlı ingiltərəli mütəxəssislə müqaviləyə uğursuz nəticələrə görə xitam verildiyi bildirilib.
Daha əvvəl "Fulhem” və "Bornmut”u çalışdıran Parkerin rəhbərliyi altında liqada 6 məğlubiyyət, 2 heç-heçə və 10 matçda qələbə qazanan "Brügge” lider "Genk”dən 21 xal geri qalır.
Komanda 46 xalla dördüncü pillədə qərarlaşıb.
Səbuhi Həsənov
Şərhlər