İdman 15:10 11.02.2023

İngiltərə Premyer Liqasında derbidən gələn gəlir Türkiyəyə yönəldiləcək

İngiltərə Premyer Liqa komandaları "Liverpul" və "Everton" oynayacaqları derbi matçında geyəcəkləri formaların hərraca çıxarılaraq, əldə edilən gəlirin zəlzələ qurbanlarına bağışlanacağını açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, bu haqda hər iki klubun sosial şəbəkədəki səhifələrində bildirilib. Paylaşımlarda "Merseysayd” derbisi kimi tanınan prinsipial görüşdə geyiniləcək formaların imzalanaraq hərracda satılacağı qeyd edilib.

Satışdan əldə edilən gəlirin Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkənlərə göndəriləcəyi qeyd olunub.

Səbuhi Həsənov