Foto 18:41 31.05.2023

"İntellektual Davamçılar Liqası" baş tutdu (FOTO)

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatı və Davamlı İnkişaf Xidmətinin təşkilatçılığı,  "Consensus" intellektual mərkəzinin tərəfdaşlığı ilə "İntellektual Davamçılar Liqası" təşkil olunub.

Liqa ilə bağlı müraciət elanı verildikdən sonra hər biri 5 gəncdən ibarət 100-dən çox komanda liqada iştirak etmək üçün qeydiyyatdan keçib. Daxili seçim turu nəticəsində 70 komanda seçim mərhələsini uğurla başa vuraraq liqada iştirak hüququ qazanıb.

Seçimlər tamamlandıqdan sonra liqanın ikihissəli yarımfinal və final mərhələləri baş tutub. Gərgin keçən mübarizə nəticəsində "Old School” komandası 1-ci yer, "Staff de Fan” komandası 2-ci yer, "KərtənKəllə” komandası isə 3-cü yer tutub.

Qeyd edək ki, "İntellektual Davamçılar Liqası" Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilən "Gənclər üçün klub və mərkəzlər şəbəkəsinin fəaliyyətinin dəstəklənməsi layihəsi” çərçivəsində icra olunub. Layihənin məqsədi gənclərin intellektual inkişafına nail olunması, dünyagörüşünün artırılması və onların asudə vaxtının səmərəli təşkilidir.