İdman 16:16 23.02.2023

"İnter"in futbolçusu mükafatını zəlzələdən zərər çəkənlərə bağışladı

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İtaliya "İnter"i "Portu" ilə qarşılaşıb.

Qaynarinfo xəbər verir ki, İtaliya klubunun 1:0 hesablı qələbəsi ilə bitən matçın ən yaxşısı seçilən Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu mükafatını zəlzələ qurbanlarına bağışlayıb.

Mükafatla çəkilmiş şəklini "Instagram" hesabında yerləşdirən futbolçu "Ölkəmdə baş verən zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza bu mükafatı təqdim edirəm. Ürəyim və ağlım sizinlədir" yazıb. O, mesajını türk, italyan və ingilis dillərində paylaşıb.

Bu arada "Corriere dello Sport”un yazdığına görə, Çalhanoğlu matçda göstərdiyi performansa görə "İnter”in həm meydanda, həm də meydandan kənarda liderliyini davam etdirir.

Səbuhi Həsənov